Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Məncə, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdikləri barədə yaxşı düşünməlidirlər", - Zaxarova deyib.
"Sputnik Azərbaycan"ın fəaliyyətinə də toxunan XİN sözçüsü qeyd edib ki, onun əməkdaşlarının əksəriyyəti Azərbaycan vətəndaşları olmasına baxmayaraq Rusiya vətəndaşları da çalışıb.