Ukrayna cəbhəsində vəziyyətin kəskinləşməsi və Kursk vilayətində əhəmiyyətli ərazilərin itirilməsi fonunda dövlət başçısının xaricə getməsi çətin izah olunan addımdır. Məsələn, 2004-cü ilin sentyabrında Beslanda terror hadisəsi baş verəndə Putin Türkiyəyə rəsmi səfərini təxirə salmışdı. İndi isə ölkənin 1000 kvadrat kilometr ərazisi işğal edilib, böyük insan və hərbi itkilər var. Üstəlik, ukraynalıların hücumu davam edir.
Putini Kursk problemini bir müddət kənara qoyaraq Bakıya getməyə hansı vacib məsələlər vadar edib?
Bütün səylərə baxmayaraq, Moskva beynəlxalq dəstəyi və müttəfiqlərini, o cümlədən yaxın xarici itirir. Bu gün Çin, İran, Şimali Koreya, Əfqanıstan talibanları və ayrı-ayrı Afrika ölkələri Rusiya ilə yaxınlaşmağa hazırdırlar. Onların heç biri Rusiyadan nəsə almaq istədiyini gizlətmir.
Keçmiş SSRİ məkanında Putin məhz Azərbaycan rəhbərliyilə ən etibarlı münasibətlərə malikdir. Ancaq bu, tək səbəb deyil.
Putini Qərb ölkələri qəbul etmirlər və o, Rusiya Federasiyası prezidentinin həbsilə bağlı Haaqa məhkəməsinin qərarlarını yerinə yetirməyə çağırışların olduğu üçüncü dünya ölkələrinə səfər etməyə risk etmir.
Keçmiş SSRİ məkanında zəifləyən mövqelərini qorumaq, ABŞ və Avropa İttifaqının Rusiyanın maraq zonasında möhkəmlənməsinə imkan verməmək istəyi başqa bir səbəbdir. Qərblə qarşıdurma və Moskva ilə əməkdaşlıq məhz Azərbaycanda ən uğurlu görünür. Bu, bəlkə də Moskvanın bütün digər ölkələrə yaymaq istədiyi modeldir.
Bugünkü gündəliyə gəlincə, bu yaxınlarda Moskvanın bölgədəki mövqeyini bir qədər zəiflədən hadisə baş verib. Bunlar Bakı və Yerevanın kommunikasiyaların açılması məsələsini sonraya saxlayaraq sülh bağlamağa hazır olduqları barədə bəyanatlardır.
Lakin Ermənistan və Azərbaycanın bu kommunikasiyalara nəzarəti Rusiyaya yox, hansısa beynəlxalq quruma verməyə hazır olduqları barədə məlumatlar daha vacib idi. Əslində bu, Rusiyanın SSRİ-nin süqutundan bəri nəzarət etdiyi İran-Ermənistan sərhədindən çıxması demək olacaq. Rusiyanın Zəngəzur dəhlizindən və Ermənistandan çıxması təkcə Qərbin yox, həm də Rusiyadan azad olmaq istəyən Ermənistan hökumətinin hədəfidir.
Bu vəziyyətdə Azərbaycanın mövqeyi mühüm əhəmiyyət kəsb edir və şübhə yoxdur ki, Bakıda danışıqlar zamanı bu, mühüm mövzulardan biri olacaq.
Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin sürətləndirilməsi Moskva üçün strateji əhəmiyyət kəsb edən digər bir mövzudur. Azərbaycandan keçən bu layihənin işə salınması Rusiyanın Fars körfəzi və Cənub-Şərqi Asiya ilə ticarət əlaqələrini və imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Ermənistan-Azərbaycan sülh sazişinin bağlanması da Moskvanı Qərblə mübarizəni davam etdirməyə sövq edən başqa bir mövzudur. Rusiya Qərb meydançalarında hər vəchlə sülh sazişinin bağlanması planlarına qarşı çıxır. Bu məsələdə Bakıdan dəstək almaq Putinin Bakıda keçiriləcək danışıqlarının daha bir məqsədidir.
Putinin səfəri İranla münasibətlərin gərginləşməsi və Azərbaycanın ünvanına davamlı təhdidlər fonunda baş verir. Bu fonda Putinin gəlişi Bakı üçün bonus, Tehran üçünsə xəbərdarlıq kimi görünür. /"Turan"