Azərbaycana qanunsuz mal göndərən iş adamı CƏZALANDIRILDI

Krasnoyarsk diyarının Lesosibirsk şəhər məhkəməsində taxta qaçaqmalçılığı ilə bağlı proses keçirilib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, “Altun” MMC-nin direktoru odunu gömrükdən qanunsuz olaraq Azərbaycan, Özbəkistan, Şimali Koreya və Tacikistana keçirib. O, 19 milyon rubl (təxminən 328 min 700 manat) dəyərində qanunsuz taxta göndərib.

Məhkəmə həmin iş adamını 12 cinayətdə təqsirli bilib. O, 4 il şərti həbs və 400 min rubl (təxminən 6920 manat) cərimə cəzasına məhkum edilib.