Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar - VƏZİYYƏTİ AĞIRDIR

Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A-nı döyüblər.

Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək təcili tibbi yardım çağırıblar.

Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.