Azərbaycan-Ermənistan sülh sazişinin mətni bu tarixdə DƏRC OLUNACAQ

Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin mətni avqustun 11-i axşam dərc olunacaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müqavilənin paraflanmış mətni avqustun 11-i, bazar ertəsi axşam saatlarında dərc olunacaq”, – məlumatda qeyd olunub.