"Mina terroru Azərbaycan üçün ən aktual məsələdir. 44 günlük müharibə bitib və Azərbaycan qalib gəlib, lakin təəssüflər olsun ki, mina terroru davam edir".
Stopnarkotik.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror qeyd edib ki, Azərbaycanın iki hərbçisinin əsir götürülməsi və onlara qarşı güc tətbiq edilməsi ilə bağlı cinayət işi açılıb:
“Bundan əlavə, Azərbaycan bayrağının İrəvanda yandırılması ilə bağlı həmin şəxsi beynəlxalq axtarışa vermişik, bütün həmkarlarımıza məlumat və həbs qərarını göndərmişik”.