Azad edilmiş ərazilərdə daha 436 mina, 9755 PHS aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mart ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

ANAMA-dan Stopnarkotik.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 331 piyada əleyhinə mina, 105 tank əleyhinə mina, 9755 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4 556 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilmiş ərazilərdə ötən ay 436 mina aşkarlanıb - FOTO