Axtarışda olan şəxs qaçarkən polis tərəfindən vuruldu

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. 

Məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. 

Stopnarkotik.az