Apteklərdə yoxlama: NÖQSANLAR AŞKARLANDI

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyul ayı ərzində 29 aptekdə yoxlama aparıb.

Bu barədə Stopnarkotik.az-a mərkəzdən məlumat verilib.

Bildirilib ki, Bakıda 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.

Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.