Almatıda avtobus insanların üzərinə sürülüb - ÖLƏNLƏR VAR

Qazaxıstanın Almatı şəhərində avtobus 7 saylı şəhər xəstəxanasının yaxınlığında insan izdihamının üzərinə sürülüb.

Stopnarkotik.az “Tengrinews”a istinadən xəbər verir ki, 3 nəfər hadisə yerində ölüb.

Almatı Polis İdarəsinin məlumatına görə, qəza yerli vaxtla saat 18:15-də baş verib.

“47 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sərnişini aralarındakı münaqişə nəticəsində sürücünü vurub. Sürücü huşunu itirib və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Avtobus dayanacaq yaxınlığındakı insanları vurduqdan sonra 4 avtomobillə toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib”, - polisdən bildirilib.

Qeyd edilib ki, avtobus sürücüsünü vuran şəxs saxlanılıb.