Ali Məhkəmə dələduzluqda təqsirləndirilən şəxslə bağlı qərar verdi

Bu gün Ali Məhkəmədə dələduzluq etməkdə təqsirləndirilən İlqar Fətəliyevin barəsində məhkəmə qərarından prokurorluğun verdiyi kassasiya protestinə baxılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Hikmət Əmiraslanov məumat verib.

Onun sözlərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, prokurorun protesti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinən İ.Fətəliyev Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Fətəliyevin cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənib.