Ağır avtoqəzada 1 nəfər həyatını itirdi, 2 nəfər yaralandı

Zərdabda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. Hadisə Zərdab-Ucar avtomobil yolunda törədiib.

Qəza əsnasında "BMW" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb.

Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Nemətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az