Ağdamda intihar hadisəsi baş verib. 23 yaşlı gənc özünə odlu silahdan atəş açaraq canına qəsd edib.
Sropnarkotik.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ergi qəsəbəsində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Behbudov Elgiz İsmayıl oğlu ov tüfəngi ilə özünə atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, gənc Ağdam rayon xəstəxanadına çatdırılarkən yolda yaşamın itirib.
Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanıb. İntiharın səbəbləri araşdırılır.