Ağdamda evdə yanğın olub: Tüstüdən zəhərlənən var

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 196 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 5 m² sahədə mebel yanıb.

Stopnarkotik.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.