Abşeronda futbolçuların həlak olduğu qəza ilə bağlı yeni detallar məlum olub.
Stopnarkotik.az xəbər verir ki, bununla bağlı Baku TV-nin müxbiri hadisə yerindən hazırladığı reportajda məlumat verib.
O bildirib ki, hadisə şahidləri qəzanın ötmə əməliyyatı zamanı baş verdiyini deyiblər. Belə ki, Rauf Ədalət oğlu Hüseynov "Toyota" markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə "Toyota" qarşıdan gələn Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi "Ford Transit" markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.