Abşeronda evləri talayan oğru ələ keçdi

Abşeronda bir neçə ev soyulub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 3 evdən ümumi dəyəri 7300 manatdan çox olan məişət əşyaları, mobil telefon, noutbuk və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hilal Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.