ABŞ Meksikanı fentanillə mübarizə üçün yetərli vəsait ayırmağa məcbur edir.
Stopnarkotik.az xəbər verir ki, ABŞ rəsmisi cümə axşamı bildirib ki, Bayden administrasiyası Meksikanın qeyri-qanuni narkotik fentanilin ABŞ-a axınının qarşısını almaq üçün yetərli resurs ayırmaq "istəksizliyi" ilə üzləşir və Meksika hakimiyyətini daha çox iş görməyə məcbur edir.
Dövlət katibinin narkotiklərlə beynəlxalq mübarizə və hüquq-mühafizə işləri üzrə köməkçisi Todd Robinson, Senatın alt komitəsinə bildirib ki, ABŞ-ın ölümcül opioid qaçaqmalçılığı ilə mübarizədə "daha çox resurs sərf etmək gərəkdiyinə inandırmaq üçün" Meksika hökuməti ilə əlaqə saxlamağa davam edirlər.
“Düzünü desəm, Meksika ilə qarşılaşdığımız problem onların narkotiklə mübarizəyə yetərli resurs qoymaq istəməmələridir və biz onları buna məcbur edirik", deyə Robinson Meksikanın fentanil böhranını həll etmək üçün kifayət qədər siyasi iradə nümayiş etdirib-göstərmədiyi sualına cavabən bildirib.
Meksika ölkəyə gələn prekursorlara qarşı mübarizə aparacağını vəd edib. Meksikada prekursorlar fentanil istehsal etmək üçün istifadə olunur və daha sonra qaçaqmalçılıq yolu ilə ABŞ-a gətirilir.
Stopnarkotik.az