ABŞ Hərbi Dəniz Qüvvələrində iki Çin casusu ələ keçdi

ABŞ rəsmiləri avqustun 3-ü cümə axşamı günü ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisinin Çinin xeyrinə casusluq ittihamı ilə həbs olunduğunu elan ediblər.

Stopnarkotik.az xəbər verir ki, ABŞ rəsmiləri, San Dieqoda “USS Essex” gəmisinin 22 yaşlı ekipaj üzvü Tzinçao Veyin çərşənbə günü Çin səlahiyyətlilərinə məxfi hərbi məlumatları göndərmək üçün casusluq və sui-qəsd ittihamı ilə həbs edildiyini söyləyirlər.

ABŞ Ədliyyə Nazirliyi 26 yaşlı Vanqun Çjaonu də məxfi hərbi foto və videolar göndərmək müqabilində Çin hökumətinin agentindən rüşvət almaqda ittiham edib.

Federal səlahiyyətlilər cümə axşamı San Dieqoda keçirilən mətbuat konfransında işlərlə bağlı daha ətraflı məlumat veriblər.

İki amerikalı dənizçi Çin üçün casusluqda oxşar ittihamlarla üzləşiblər, lakin onların qohum olub-olmadığı məlum deyil.

Stopnarkotik.az