8 avtomat, 6 tüfəng, 3 qumbara... - Qanunsuz saxlanılan xeyli sayda silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, noyabrın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 150 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.