50 milyon dollarlıq narkotiki Azərbaycandan Gürcüstana keçirən iranlı saxlanıldı - 200 KQ HEROİN ƏLƏ KEÇDİ / VİDEO

Gürcüstanda böyük həcmli narkotik qaçaqmalçılığı faktı aşkarlanıb. 

Stopnarkotik.az xəbər verir ki, İran vətəndaşı 200 kiloqram heroini Gürcüstana keçirməyə cəhd edərkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qara bazarda dəyəri 50 milyon dollardan çox olan heroin balıq yemi daşıyan yük maşınında gizlədilib. Polis tərəfindən aparılan yoxlama zamanı avtomobilin qoşqusundan 8 çanta heroin götürülüb.

**

Araşdırmalar göstərib ki, avtomobil Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı Körpü keçid məntəqəsindən ölkəyə daxil olub. Narkotiklərin İrandan gətirildiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanları heroinin son təyinat məntəqəsini və bu cinayətdə iştirak edən digər şəxsləri müəyyənləşdirir.

Gürcüstan qanunvericiliyinə əsasən, bu cinayətə görə 20 ilədək həbs və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Stopnarkotik.az