5 KQ NARKOTİK ƏLƏ KEÇDİ - 2,7 ton çətənə kolu məhv edildi

Avqustun 22-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

Bundan əlavə, yabanı halda bitmiş 2,7 tondan artıq çəkidə 5041 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.

Stopnarkotik.az