Sumqayıtda 5 gün öncə itkin düşən kişinin meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Akif Cəfərov 5 gün qabaq “Yaşıldərə” adlı yaşayış massivindən çıxaraq itkin düşmüşdü.
Polis tərəfindən axtarışda olan A. Cəfərovun meyiti bu gün yaşadığı “Yaşıldərə” yaşayış massivində kanalın kənarından tapılıb. Faktla bağlı araşdırılma aparılır.