47,6 kiloqram narkotik və 240 ədəd həb ələ keçirildi - ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 7-də ümumi çəkisi 47,6 kiloqrama yaxın narkotik vasitə və 240 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.