47 KİLOQRAM NARKOTİK MÜSADİRƏ EDİLDİ - 3,4 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 47 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yabanı halda bitmiş 3,4 ton çəkidə 16345 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.