22 yaşlı qadın intihar etdi

Qazaxda intihar hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Aytən Mehdiyeva yaşadığı evdə özünü asıb. Gənc qadının meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.