22 nəfəri zəhərləyib öldürən şəxs həbs edildi

Rusiyada qatarda 22 sərnişinin qatili azadlıqdan məhrum edilib.

Hadisə Moskvanın Vladivostok əyalətində baş verib.

Şəhər sakini 36 yaşlı şəxs qəsdən sağlamlığa ağır zərər vurma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən quldurluq təqsirli bilinib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2007-ci ilin oktyabr ayından 2009-cu ilin yanvar ayına kimi Moskva vilayətində elektrik qatarlarında sərnişinlərin içkilərinə ruhi xəstələrin müalicəsində istifadə edilən antipsikotik preparatı qarışdırıb. Nəticədə 22 nəfər kəskin zəhərlənmədən ölüb, cinayətkar onların pulunu və şəxsi əşyalarını oğurlayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.