20,6 KQ NARKOTİK, 1992 ƏDƏD PSİXOTROP HƏB ƏLƏ KEÇİRİLDİ - DİN-dən açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 23-də ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə və 1992 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 16619 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.