190 uşağı qətlə yetirən şəxs xəstəxanada öldü

Kolumbiyada 190 uşağı öldürən qatil 66 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xarici KİV xəbər verir ki, 835 il həbs cəzası alan Luis Alfredo Qaravito  ölkənin şimalındakı Valledupar şəhərindəki xəstəxanada  vəfat edib.  Qatilin ölüm səbəbi isə hələlik açıqlanmayıb.

“Cenova canavarı” kimi tanınan Qaravito 1990-cı illərdə 8-16 yaşlı uşaqları öldürdüyünü etiraf edib. 1999-cu ilin aprelində saxlanılan qatil  190 uşağı öldürdüyünü etiraf edərək, məsuliyyəti öz üzərinə götürüb.

Qaravitonun azadlığa buraxılması son illərdə gündəm olub və ölkədə reaksiya doğurub. O zamankı prezident İvan Duke, Qaravitonun 2021-ci ildə azad edilməsinin mümkün olmadığını açıqlamışdı.