15 yaşlı yeniyetmə avtomobil qaçırdı, qəza törətdi

Astarada yeniyetmə həmkəndlisinin avtomobilini qaçırıb.

Hadisə Siyakü kəndinin ərazisində baş verib.

Kənd sakinlərindən birinə məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. Qaçırılan avtomobil kəndin ərazisində yolun kənarındakı su arxına düşmüş vəziyyətdə tapılıb.

Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobili qaçıran şəxsin kənd sakini 15 yaşlı yeniyetmə olduğu müəyyən edilib və o saxlanılıb. Məlum olub ki, yeniyetmə həmkəndlisinə məxsus avtomobili qaçırdıqdan sonra idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı su arxına düşüb.

Faktla bağlı araşdırma aparılır.