İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Stopnarkotik.az unikal.az-a istinadən xəbər verir ki, rayon sakini Nizami Behbudov idarə etdiyi 10-GP-144 dövlət nömrə nişanlı "VAZ 21099" markalı minik avtomobili ilə hərəkətdə olarkən marketin qarşısında yolu keçən piyadanı, 2009-cu il təvəllüdlü Bağırlı Cəfər Elsevər oğlunu vurub. Ağır bədən xəsarətləri alan 14 yaşlı uşaq təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qeyd edək ki, Cəfər Bağırlı orta məktəbin 8-ci sinif şagirdidir. Faktla bağlı
İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.