Külli miqdarda dələduzluqda ittiham olunan Əlizamin Mayılovun cinayət işinin növbəti məhkəmə prosesi baş tutub.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilərək dövlət ittihamçısı Ə.Mayılovun 7 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Məhkəmənin növbəti iclası 24 sentyabra təyin edilib.
Qeyd edək ki, Ə.Mayılov 133 min manat dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.