11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəkdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Stopnarkotik.az-a bildirilib.
Qeyd edilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görür. Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri görülür. Həmçinin satış şəbəkələri və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir və sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür.
Multimonitorinq Planının icrası çərçivəsində cari dövr ərzində Agentlik tərəfindən 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə çörək məmulatlarından 108 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəkdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla əlaqədar yoxlama aparılmış 11 müəssisə barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Agentlik tərəfindən çörək məhsullarının yoxlanılması zamanı media və sosial şəbəkə hesablarında qeyd olunan qida əlavəsi aşkarlanmayıb.
Laborator müayinə nəticələri uyğunsuz olan (kif və maya göbələkləri aşkarlanan) çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
№ |
Müəssisə |
Ünvan |
1 |
"Magnat Group" MMC |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a |
2 |
Fiziki şəxs Yusubova Təhminə Yusub qızı |
Abşeron rayonu, Məhəmmədi kəndi |
3 |
Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu |
Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30 |
4 |
Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğlu |
Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7 |
5 |
Fiziki şəxs Rəcəbov Qurban Malik oğlu |
Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27 |
6 |
Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı |
Gəncə şəhəri, N.Nərimanov küçəsi 54 |
7 |
“Arizoğlu” MMC |
Gəncə şəhəri, 1-ci mkr |
8 |
“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi |
Füzuli rayonu, Horadiz şəhəri |
9 |
"Bərdə-Çörək" ASC |
Bərdə rayonu, S.Vurğun küçəsi 18 |
10 |
Fiziki şəxs Məmmədova Arzu Nəsir qızı |
Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi |
11 |
Əhmədov Elnur Namizəd oğlu |
Yevlax şəhəri, H.Əliyev prospekti 101 |
Əgər vətəndaşların qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.