İyulun 29-da ümumi çəkisi 10,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın marixuana və 4 kiloqramdan çox metamfetamin olub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.
Stopnarkotik.az