10 GÜNDÜR ÖLÜB, YAXINLARI AXTARILIR - Foto

Şəkildə gördüyünüz bu şəxs – 02.04.1984-cü il təvəllüdlü Babayev Eldar Subxanoviç Rusiya vətəndaşı olan azərbaycanlıdır. Saratov şəhərində qeydiyyatdadır. 10 gündür rəhmətə getsə də, heç bir yaxınının bu haqda məlumatı yoxdur.

Eldar Babayevin fotosu Rusiyadakı soydaşlarımız tərəfindən redaksiyaya daxil olub. Onlar bu fotonun morqda çalışan əməkdaşlar tərəfindən göndərildiyini və yaxınlarının axtarıldığını bildirirlər.

Əlavə olunur ki, qarşıdakı 1-2 gün ərzində mərhumun yaxınları ilə heç bir əlaqə yaratmaq mümkün olmasa, cənazəsi yandırılacaq.

Oxuculardan xahiş edirik ki, fotoda gördüyünüz bu şəxsi - Babayev Eldar Subxanoviçi tanıyan olsa, yaxınlarına məlumat versinlər. /Hurriyyet.az