Yevlaxda 16 yaşlı qızın ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.

Bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:

"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

***

Yevlax rayonunda 16 yaşlı yeniyetmə qida zəhərlənməsindən ölüb.

Stopnarkotik.az xəbər verir ki, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.