P.Diddi kimi tanınan məşhur amerikalı reper və prodüser Şon Kombs Hollivudu şoka salan əsl seks qalmaqalın əsas fiquru olaraq gündəmdədir.
Reperlə bağlı qalmaqal son onilliklərin ən səs-küylü hadisəsi ola bilər. Reper həbsdə olarkən “intim partilər”in yeni təfərrüatları ortaya çıxır.
Məlum olub ki, reper bu tədbirlərə təkcə məşhurları deyil, çox gənc qızları da dəvət edib.
“Daimi qonaqlar bahalı brend paltarlarda, qızlar isə çimərlik paltarında və ucuz ayaqqabıda idilər. Mənə aydın idi ki, bunlar Beverli Hills otelində işləyən fahişələrdir. Onlar çox gənc idi - bəzilərinin təxminən 15 yaşı var idi. Onların yaşlarını dəqiq deyə bilmərəm, çünki hamısı makiyajda idi" deyə şahidlərdən biri bildirib.
Həmçinin, reperin məclisləri üçün seks işçiləri heyəti saxlaması versiyaları ortaya çıxıb.
Bundan əlavə, onun məclislərində narkotiklərdən istifadə olunurmuş. Mənbələr deyir ki, Diddy'nin malikanəsindəki tüstü o qədər qalın idi ki, hətta orada olan ayıq insanları belə sərsəmləşirmiş. Reperi indi ömürlük həbs cəzası gözləyir. Onun ittihamlar siyahısına aşağıdakılar daxildir: seks alveri, qadınlara qarşı fiziki və cinsi zorakılıq, qeyri-qanuni maddələrlə bağlı cinayətlər və s./lent.az