Yaponiya da İrandakı etirazçılara dəstək verdi - BAŞ NAZİR REJİMİN ƏMƏLLƏRİNİ PİSLƏDİ

Yaponiyanın Baş naziri Sanae Takaiçi İrandakı vəziyyətin pisləşməsindən dərin narahatlıq keçirdiyini bildirib.

Stopnarkotik.az xəbər verir ki, o, “X” hesabında paylaşım edərək, ölkəsinin dinc etirazlara qarşı güc tətbiqinə qarşı olduğunu qeyd edib.

Takaiçi əlavə edib ki, Yaponiya hökuməti etirazlar zamanı çox sayda etirazçının öldürüldüyü və ya yaralandığı barədə məlumatlar alıb və mövcud vəziyyətin ən qısa müddətdə sülh yolu ilə həll olunacağına ümid edir.

O, bildirib ki, Yaponiya İranda yaşayan öz vətəndaşlarının müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək. (Independent Persian)