YAP NÖVBƏDƏNKƏNAR SEÇKİ QƏRARI VERDİ – Parlament buraxılır / Yenilənib

Bir qədər əvvəl başlayan Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası yekunlaşıb. YAP-dakı mənbələrdən verilən məlumata görə, iclasda, gözlənildiyi kimi, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunub

YAP- ın İdarə Heyəti qərara alıb ki, hakim partiyadan olan deputatlar mövcud Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etsinlər.

Bu da növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət ediləcəyini gözləməyə əsas verir.  

Növbədənkənar parlament seçkilərinin isə sentyabr ayında keçirilməsi gözlənilir.

***

Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası keçirilir. Bu barədə iqtidar partiyasındakı mənbə məlumat verib.

Toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinin müzakirə olunduğu ehtimal edilir. 

Partiyanın qərarı əsasında YAP-dan olan deputatların növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət edəcəyi gözlənilir./azpolitika