Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.
Stopnarkotik.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Bundan əlavə, indiyə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, Fərid Məmmədzadə 1990-cı ildə anadan olub. O, 2021-2022-ci illərdə gənclər və idman nazirinin köməkçisi, 2022-2025-ci illərdə nazirin müşaviri vəzifələrində çalışıb.
