İyunun 29-u və 30-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında təhvil götürülən silah-sursatın sayı açıqlanıb.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, iyunun 29-da və 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 4 tapança, 1 qumbara, 15 tüfəng, 8 patron darağı və 517 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.