Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, avqustun 15-də polis əməkdaşları Bakı və rayonlarda 1 tapança, 7 tüfəng, 3 qumbara, 2 alışdırıcı və 30 müxtəlif çaplı patron təhvil götürüblər.
Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 4 tüfəng və 18 patron aşkar edilərək götürülüb.