Vətəndaşlar avtomat, qumbara və tüfəngləri polisə təhvil verdi

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, mayın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 qumbara, 3 alışdırıcı, 5 tüfəng və 26 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.