Hazırda Bakı həbsxanasında olan qondarma "dağlıq qarabağ respublikası"nın "dövlət naziri” Vardanyanla bağlı yeni faktlar məlum olub.
Bununla bağlı reportaj Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.
Daha ətraflı videomaterialda:
Qeyd edək ki, qondarma "dqr"-in "dövlət naziri” Ruben Karleni Vardanyan sentyabrın 27-si Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.