İyunun 24-də baş verən silahlı üsyan zamanı "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu ələ keçirmək niyyətində olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti Qərb kəşfiyyatına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Priqojin əvvəlcə Rostov-na-Donda hər iki hərbi lideri tutmağı planlaşdırılırdı, lakin qiyama iki gün qalmış Federal Təhlükəsizlik Xidməti (FTX) plandan xəbər tutub.
Mənbələr deyir ki, Priqojinin planı olduqca mümkün idi, ancaq plan haqqında məlumat sızdıqdan sonra uğursuz olub, bu da "Vaqner"in rəhbərini sürətli hərəkət etməyə məcbur edib
Kəşfiyyat rəsmilərinin fikrincə, "Vaqner" qüvvələrinin Rostov-na-Donu asanlıqla ələ keçirməsi onu göstərir ki, nizami Rusiya qoşunlarının ayrı-ayrı komandirləri sui-qəsddə iştirak etmiş ola bilər.