Ukraynaya kasetli sursatlar göndərilib - BAYDEN TƏSDİQLƏDİ

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların göndərilməsini təsdiqləyib.

Stopnarkotik.az xəbər verir ki, bunu ABŞ-ın “Vaşinqton Post” nəşri yazıb.

Qeyd olunub ki, bu məsələ aylarla müzakirə olunub.

Xatırladaq ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. Sənəd tərəflər və ya imzalayan 123 dövlətdə belə sursatların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. Bununla belə, nə Rusiya, nə də Ukrayna sənədi imzalayıb.