Türkiyənin Qara dəniz sahilində PUA aşkarlandı

Türkiyədə Zonquldağda Qara dəniz sahilində pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Stopnarkotik.az bu barədə “İhlas” agentliyinə istinadla xəbər verir.

Polis PUA-nın aşkarlandığı Çaycuma rayonunun Filyos qəsəbəsində Qara dəniz sahilində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb.

Hərbi təyinatlı olduğu ehtimal edilən PUA ilə əlaqədar aparılacaq texniki ekspertizadan sonra rəsmi açıqlama veriləcəyi gözlənilir. 

Stopnarkotik.az