ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı mesajda Avropa ölkələrinin miqrasiya siyasətini yenidən tənqid edib və cinayətkar miqrantların qəbul edilməsinin Avropanı genişmiqyaslı problemlərlə üz-üzə qoyduğunu iddia edib.
Tramp yazıb: “Avropa öyrənir ki, üçüncü dünya ölkələrinin cinayətkarlarını qəbul edəndə, özünüz də üçüncü dünya ölkəsinə çevrilirsiniz. Bu, çox sürətlə, bir göz qırpımında baş verir”.
O, paylaşımında ABŞ prezident seçkilərində qələbəsinə də toxunaraq əlavə edib: “Mən tam vaxtında seçildim”.
Tramp son illərdə dəfələrlə Avropa ölkələrinin miqrasiya siyasətini və ABŞ-ın əvvəlki administrasiyalarını tənqid edib, qeyri-qanuni miqrasiyanın Qərb ölkələrinin təhlükəsizliyi və sabitliyi üçün təhdid olduğunu iddia edib.
Stopnarkotik.az