Türkiyənin Kapıkule gömrüyündə yarım tondan çox narkotik ələ keçirildi - VİDEO

Türkiyənin Ədirnə şəhərində Bolqarıstana açılan Kapıkule Sərhəd Keçid Məntəqəsində keçirilən əməliyyatda dondurulmuş toyuq əti daşıyan yük maşınından 526 kiloqram 327 qram narkotik maddə müsadirə edilib.

Stopnarkotik.az xəbər verir ki, nəqliyyat vasitəsi narkotiki Türkiyəyə gətirirmiş və saxlanılan yük maşını sürücüsü həbs edilib. Hadisənin təfərrüatlarına görə, Ədirnə Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin qrupları şübhəli yük maşınını Kapıkule Gömrük Bölgəsində rentgen müayinəsindən keçiriblər. Yoxlama zamanı qoşquda şübhəli sıxlıq aşkar edildikdən sonra narkotik detektor itlərinin iştirakı ilə ətraflı axtarış aparılıb. Yoxlamalar zamanı dondurulmuş toyuq əti ilə dolu karton qutuların içərisində vakuumlu torbalarda qablaşdırılmış narkotik maddə aşkar edilib. Qruplar 450 paketdə ümumilikdə 526 kiloqram 327 qram narkotik maddə müsadirə ediblər.

Narkotik daşıyan yük maşını müsadirə edilib və sürücü məhkəməyə göndərilib, hakim qarşısına çıxarıldıqdan sonra həbs olunaraq həbsxanaya göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.

Stopnarkotik.az