Türkiyədə liseyə silahlı hücum: şagird 16 nəfəri yaralayıb, özünü öldürdü - YENİLƏNİB

Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb.

NTV-nin xəbərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.

Şanlıurfa valisi bildirib ki, hücumu törədən məktəbli özünü öldürüb.

Onun sözlərinə görə, yaralıların əksəriyyəti şagirdlərdir, bir müəllimin vəziyyəti ağırdır.

***11:57

Türkiyədə liseyə girən silahlı şəxs ətrafa atəş açıb.

NTV-nin xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb. Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.

Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.

Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.

Şagirdlərin böyük əksəriyyətinin təxliyə olunduğu qeyd olunub. Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.