Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk və Qara bölgələrində yeni əməliyyat keçirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının səkkiz üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, Türkiyə ordusu son terrorçu öldürülənə qədər əməliyyatları davam etdirəcək.